Bonnda BMT-nin iqlim dəyişmələrinə dair konfrans açılıb
Bonnda BMT-nin iqlim dəyişmələrinə dair 23-cü konfransı (COP23) açılıb.
Noyabrın 6-dan 17-dək davam edəcək forumda dünyanın 190-dan çox ölkəsindən 25 min nümayəndənin iştirakı gözlənilir. Konfrans iştirakçıları 2015-ci ildə Parisdə imzalanmış iqlim dəyişmələrinə dair sazişin həyata keçirilməsinin konkret planını müzakirə edəcəklər. Həmin sazişə əsasən, qlobal istiləşməni sənayeləşmə dövrünün müvafiq göstəricisi ilə müqayisədə Selsi şkalası üzrə 1,5-2 dərəcə həddində saxlamaq nəzərdə tutulur. Konfransın açılış günündə AFR-in ətraf mühitin mühafizəsi üzrə naziri Barbara Xendriks 2030-cu ilə qədər Almaniyanın karbon qazı tullantılarını göstəricisini 55 faiz azaltmaq hədəfini təsdiq edib. Nazir Bonnda konfransın açılışından əvvəl bildirib ki, bu hədəf iqlim üzrə milli planda təsbit olunub. Bundan əlavə, nazir bəyan edib ki, Berlin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə əlaqədar dəstək fonduna ayrılan vəsaitin məbləğini daha 50 milyon avro artıraraq 310 min avroya çatdırmaq niyyətindədir. B.Xendriks ümidvar olduğunu bildirib ki, ABŞ nümayəndələri Bonn konfransında konstruktiv mövqe tutacaqlar.

Xudaferin.eu
Almaniya, "Berlin Bürosu"
10:27
Digər xəbərlər