Bob Dilanın gitarası hərracda yarım milyon dollara satılıb

Amerikalı yazıçı, müğənni, ifa etdiyi mahnıların sözlərinin müəllifi, rəssam və kinoaktyor Bob Dilanın gitarası Nyu-Yorkda keçirilən hərracda 490 min dollara satılıb.

Xudaferin.eu Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu alət musiqiçinin ilk elektrogitaralarından biridir. O, qastrol zamanı həmin gitarada ifa edib. Qara rəngli “Fender Stratocaster” gitarası Bob Dilandan sonra kanadalı gitaraçı və ifaçı Robbi Robertsona məxsus olub.

Xatırladaq ki, musiqiçi 2016-cı il oktyabrın 13-də “Amerika mahnı ənənələri çərçivəsində yeni poetik ifadə forması yaradılmasına görə” Nobel mükafatı alıb.

Xudaferin.eu

Картинки по запросу bob dylan guitar
 

14:15