BMTM-in sədri: Türk tarixinin ümumi dərs vəsaitinin hazırlanması böyük uğurdur

Bir həftədən sonra biz Şuşada Türk dövlətlərinin beyin mərkəzlərini qarşılayacağıq. Bu sferada sıx əməkdaşlıq üçün böyük imkanlar vardır.

Azərbaycan və Özbəkistan beyin mərkəzləri arasında memorandumun imzalanmasını dəstəkləyirəm.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev iyunun 28-də "Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri" mövzusunda keçirilən vebinarda deyib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin yekunlarından danışan BMTM-in sədri əsas məsələləri diqqətə çatdırıb. Bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında təhlükəsizliklə bağlı hərbi və hərbi-texniki saziş, iqtisadi sahədə - energetika, nəqliyyat, su ehtiyatları sahələrində əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Fərid Şəfiyev humanitar sahədə Türk tarixinin ümumi dərs vəsaitinin hazırlanmasını böyük uğur kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Özbəkistanın Füzuli rayonunda orta məktəb inşa etdirməsi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Xudaferin.eu

16:36