BMT Yəmənə 2,1 milyard dollar yardım ayırdı

 

BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Ceymi Makqoldrik hesabatında Yəməndə vəziyyətin bərbad olduğunu bildirib. Belə ki, 2,1 milyonu uşaq olmaqla 3,3 milyon nəfər qidalanmadan kəskin əziyyət çəkir.

Qeyd edək ki, Yəməndə 2015-ci ildən davam edən vətəndaş müharibələri nəticəsində 7470 nəfər həlak olub, 40 mindən çoxu isə yaralanıb. Ölkədəki səhiyyə müəssisələrinin cəmi 45 faizi fəaliyyət göstərir. Bu ölkədə dini baxımdan əhali müsəlman olsa da, əslində təriqətlərin hakimiyət uğrunda, bölgələri öz nəzarətinə kieçirmək yönündə aparıdıqları mübarizənin sonucu olaraq,  Yəmən tamamilə bərbad duruma düşüb. İran kimi bir ölkənin bu prosesdə günahı daha çoxdur. Hizbullahçı siyasət adı altında ölkəni tamamilə İranın təsiri altına almaq hədəfləri sonucunda sünnü əhali və cəfərlik tərəfdarı olan insanlar arasında uzun müddətdir ki, əsil vətəndaş savaşı yaşanılır.

 

Xudaferin.eu

 

09:45