BMT Somalidə aclıqdan əziyyət çəkən uşaqların köməyinə gəlir

 

Somalidə aclıq təhlükəsi yaranıb. Doyunca yeməməkdən, ishal və vəba xəstəliklərindən əziyyət çəkən uşaqların sayı kəskin artıb. 2011-ci ildə bu ölkədə eyni səbəbdən 130 min uşaq həlak olub. BMT Uşaq Fondu (UNİCEF) belə bir faciənin yenidən təkrarlanmasına yol verməmək üçün Somaliyə köməyi artırır.

 

BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, martın sonu üçün UNİCEF-in məlumatına görə, bu il uşaqlarda vəba və ishal xəstəliklərinə tutulma ilə bağlı 18400 hadisə qeydə alınıb. Müqayisə üçün bildirək ki, keçən il belə halların sayı 15600 olub. UNİCEF-in regional direktoru Leyla Pakkala deyib: “Bu rəqəmlər bizim üçün həyəcan siqnalıdır. Biz faciənin təkrarlanmasına yol verməmək üçün tərəfdaşlarımızla birlikdə yorulmadan çalışırıq”.

Yanvar və fevral aylarında bütün Somali ərazisində 35400 uşağa qidalı qarışıqlar verilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 58 faiz çoxdur.

UNİCEF bu uşaqlar üçün həyatı əhəmiyyət kəsb edən yardımın iyun ayının sonuna qədər fasiləsiz çatdırılmasını təşkil edib. Fond əhalinin su, ərzaq, gigiyena vasitələri və dərmanlarla təchiz edilməsi miqyasını genişləndirir. Ən çox zərər çəkmiş rayonlarda Uşaq Fondunun komandaları işləyir. Ekspertlərin proqnozlarına görə, 2017-ci ildə Somalidə 944 min uşaq aclıq həddində qala bilər. Lakin aprel ayında gözlənilən yağışlar yağsa belə, bu rəqəm arta bilər.

 

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

06:13