BMT-nin yeni baş katibinin andiçmə mərasimi keçirilib

Nyu-Yorkda BMT-nin yeni baş katibi Antoniu Quterreşin andiçmə mərasimi keçirilib.  BMT Baş Assambleyasi bu gün Antoniu Quterreşin baş katib vəzifəsinə təsdiq edib. Təşkilatın sayca doqquzuncu rəhbəri 2017-ci il, yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. BMT-nin baş katibi seçildikdən sonra A.Quterreş bir sıra ölkə paytaxtlarına, o cümlədən London, Paris, Pekin, Vaşinqton və Moskvaya səfərlər edib.

Antoniu Quterreşin 1995-2002-ci illərdə Portuqaliyanın baş katibi, 2005-20015-ci illərdə isə BMT-nin Qaçqınlar üzrə Ali Kommisarı vəzifələrində çalışıb. Beləliklə ilk dəfədir ki, belə bir beynəlxalq quruma dünyada baş verən kataklizmlərə görə miqrantlar və qaçqınlar üzrə ixtisaslaşmış mütəxəssis rəhbər vəzifəyə seçilib. Orta Şərqdə, Afrikada, Mərkəzi Asiyada baş verən və uzun müddətdir davam edən vətəndaş müharibələri nəticəsində onmilyonlarla qaçqınlar problemlinə görə, BMT yeni baxışların olması gözlənilir. Dünyanın hər yerində miqrasiya problemləri bir sıra dövlətlər üçün problemıə çevrilsə də, əhalinin məskunlaşma üzrə qlobal dəyişikliklərin baş verəcəyinə də ümidlər artıb.

Xudaferin.eu   

09:13