BMT: Azərbaycanlılar artacaq, ermənilər azalacaq

Ermənistanın əhalisi 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq.

Xudaferin.eu xəbər verir ki, bu haqda BMT-nin “Qlobal urbanizasiyanın perspektivləri 2018” adlı icmalında deyilir.

BMT-nin proqnozlarına görə, qeyd olunan ilə kimi Azərbaycan əhalisi bir milyon artaraq 11 milyon təşkil edəcək.

Ermənistanın daimi əhalisinin sayı 1 aprel 2018-ci il statistikasına əsasən təxminən 3 milyon nəfər təşkil edir. 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə əhalisi 11,6 min nəfər azalıb.  

BMT proqnozlarına görə, BMT-ə daxil olan ölkələr arasında ən kəskin əhali azalması Gürcüstanda baş verəcək.

14:06