BMT 72 il ərzində humanitar böhrandan danışdı

Dünya 1945-ci ildən indiyə qədər ən ciddi humanitar böhran yaşayır, dörd ölkədə 20 milyondan çox adam aclıq çəkir. 

Xudaferin.eu xəbər verir ki, Associated Press BMT-nin humanitar məsələlər üzrə Stiven Obrayn sözlərini sitat gətirib.  

O, bildirib ki, beynəlxalq təşkilatların koordinasiyalı qlobal səylər olmasa, bu insanlar ölə bilər.

Onun sözlərinə görə, faciənin qarşısını almaq üçün Yəmən, Cənubi Sudan, Somali və Nigeriyaya mümkün qədər tez bir zamanda maliyyə dəstəyi göstərmək lazımdır. İyul üçün 4,4 milyard dollar toplamaq lazımdır. 

“Bu pullar toplanmasa uşaqlar inkişafdan qalacaq, məktəbə gedə bilməyəcəklər və onların gələcəyi itirilmiş ola bilər”, - Obrayn deyib. 

Xudaferin.eu

17:00