Biz bəzən nəfsimizə millətimizi qurban verənlərik..

Bu gün istedadlı operator, rejissor, ssenarist Rasim Ocaqovun doğum günüdür.

Əvvəl gəlin təbrik edəyin, nur içində yatmasın isə Ulu Tanrıdan təvəqqə edək.

Rasim Ocaqov Azerfilm'də operator kimi başlasa da, sonradan rejissor olmağa müvəffəq olmuşdu...

Operator olduğu "Mənki Gözəl Deyildim" filmində ölümlə nəticələnən partlayışda, Rasim Ocaqov yaralanır və operatorluqla vidalaşmalı olur.

Yeri gəlmişkən qeyd edək ki, kecən əsrin 60-cı illərində bir neçə adamın ölümü ilə nəticələnən həmin hadisə bu günə qədər qaranlıq qalır...

Qeyd edək ki, erməni və rusların nəzarətində olan Azerfilm'in silah-sursat anbarı , bir başa KQB-yə tabe idi...

Nəysə...Bu başqa bir yazının mövzusu ola bilər...Qayıdaq yenə mətləbə...

Rejissor kimi Rasim Ocaqovun çəkdiyi fillimlər SSRİ məkanında ən populyar fillimlər sırasında olub.

Doğrudur Rasim Ocaqov Gorgi Daneliya səviyyəli, bəlkə də ondanda istedadlı olsa da, Batoni Gorgi gürcü idi, Rasim müəllim isə bütün yaşadığı ömrü boyu milli mənsubiyyətini təyin edə bilmədi...

Gürcü Gorgi Daneliya hələ sovet vaxtı da BATONI idi, azərbaycanlı Rasim Ocaqov isə BƏY ola bilmədi, naxçıvanlılar demiş:"mallım gəlib, elə mallımda getdi"...

Qatır Məmməd filmi ilə operatorluqdan rejissorluğa kecən Ocaqov müəllim, biri birinin ardınca Tütək səsi, Ad günü, İstintaq, Bağlı qapı, Park, Özgə ömür, Ölsəm bağışla və digər uğurlu fillimlər çəkmişdi...

Gorgi Daneliyanin Mosfilmin sifarişi ilə çəkdiyi filmlərin hamısında gürcü ruhu olduğu halda, Rasim Ocaqovun Azerfilm'də çəkdiyi filmlərin belə heç birində milli kolorit zad olmayıb.

Ssenaridə olmayan və rejissor tapıntısı kimi Ad günü filmində, filmin qəhrəmanı Bakıda düşüb dükanların canına "Yerevan konyakı" axtarır...

Ölsəm Bağışla filmində isə heç bir istedadı-zadı olmayan, daşnak erməni müğənnisi Bokani filmə çəkir...

Əslində bunlar heç birisi səbəbsiz deyildi...

Uzun illər Azerfilm'də Adil İskəndərovun rəhbərlik etdiyi millətçi qrupa qarşı, Mosfilm başda olmaqla ermeni lobbisi mübarizə aparıb. Artıq İskəndərov komandası qocalmış və yeni kosmopolit rejissorlar meydanı yavaş-yavaş ələ keçirirdilər...

Əlbətdə bu arada həyat yoldaşı erməni olan, arvad qohumları Moskvada və Bakıda mühüm vəzifələr tutan Rasim Ocaqovun xəncərini dalı da qabağı da kəsirdi...

Doğrudur Eldar Quliyevin də arvadı erməni idi, ancaq Eldar Bəy, Bəy nəvəsi Bəy oğlu həmişə millətə bir köynək yaxın olub...

Məhz həmin çəkilişdə filmin operatoru olan Rasim Ocaqovun əli ilə son millətçi rejissor Hüseyn Seyidzadəni vurmaq planı Moskvadan və Bakıdan erməni lobbisi əli ilə düzüb qoşurlar...

Burada bir haşiyə çıxım ki, Azerfilm'də millətçi qanadın da əksəriyyətinin xanımları qeyri-azərbaycanlı millətlərdən olsa da, erməni deyildilər. Birdə ki, bizim millət bazar alverçiləri dura-dura, rejissora, aktyora, rəssama və bəstəkara qız verən deyil...

Bu baxımdan Adil İskəndərovun da, elə Hüseyin Seyidzadənində hər ikisinin arvadları Moskva yəhudiləri olub...

1974-cu ildə peşəkar rejissor Huseyin Seyidzadə Qatır Məmməd filmini çəkməyə başlayır. Filmə Fuad Poladov, Əlabbas Qədirov, Şahmar Ələkbərov və digər istedadlı aktyorlar çəkilir. Demək olar ki, filim çəkilib başa çatanda, BOY, sən demə Hüseyin Seyidzadə ssenaridən kənara çıxaraq Musavat hökumətinə geniş yer verib, Fətəli Xan Xoyskini mübariz, cəsaretli müsbət bir qəhrəman kimi verib, Qatır Məmməd isə kölgədə qalıb və olub Qotur Məmməd...

Işə Moskva qarışır və böyük skandal yaranır. Əslən İrəvanın zadəgan nəslinə mənsub olan Hüseyin Seyidzadəni hətta həps etmək belə istəsələr də, deyilənə görə Heydər Əliyev işə qarışır və onu xilas edə bilir...

Bununlada Azerfilm'in millətçi qanadına son verilir və studiya kosmopolitlərin və manqurtların əlinə keçir, sonunda dünya şöhrətli "Azerfilm" yox olur...

Tragikomediyanın sonu...

P.S.Bu gün Rasim Ocaqovun ad günüdür. Ruhu şad olsun, ancaq qeyrətiniz olsun!!!...

Nəfsinizə hakim olun...

Elman Mustafazadə

Xudaferin.eu

10:46