Birləşmiş Ştatların neft ehtiyatları artıb

ABŞ-ın xam neft ehtiyatları artır.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 7,1 milyon barrel (1,6 faiz) artaraq 452,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 8,6 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 4,2 milyon barrel (1,7 faiz) azalaraq 250,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,1 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın benzin ehtiyatları 1,9 milyon barrel azalmışdı.

Xudaferin.eu

13:37