Birləşmiş Ərəb Əmirliklərindən Tehran fars rejiminə xəbərdarlıq edildi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə Ana Yasa əleyhində qeyri-qanuni yollarla silah əldə etdiyi üçün İran mollakratiya rejiminin Abu Dabidəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, etiraz notası verib. BU barədə BƏƏ rəsmi xəbər agentliyi “WAM” xüsusi məlumat yayıb. Məlumata görə, BƏƏ-nin dış işlər və uluslararası işbirliyi nazirliyinə bağlı, hüquq məsələlər üzrə nazir müavini Əbdürrəhman Əl-avdi İranın Abu Dabidəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, “İranın Yəməndə Ana Yasaya qarşı silahlı qruplaşmalara qeyri-qanuni yollarla silahlandırması səbəbilə” etiraz notası verib.  Silahlı şiə qruplaşmaların qeyri-qanuni yollarla təchiz edilməsini BMT Güvənlik Şurasının bu çərçivədəki bağlayıcı maddələrini pozduğu və Yəmənin egemənliyinə qarşı saldırı olduğunu qeyd edən Avdi, belə bir durumun yaranması ucbatından bölgədə tədricən silahlı çatışmaların qızışdırdığını deyib.

Avdi, BMT Güvənlik Şurasının bu yöndəki 2216 saylı qərarının açıq olduğunu vurğulayaraq, “Yəməndə aralarında insansız hava vasitələrinin olduğu və İrana bağlı olan silahların son zamanlarda Səudiyyə Ərəbistanı yönətimi altındakı koalisiya qüvvələri tərəfindən hədəf alınıb. İranın silah tədarükü bu istiqamətdəki uluslararası qərarları açıq şəkildə pozur” ifadəsini qullanıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:31