Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
B.Vahabzadə
Hərə bir ömür yaşar, Tanrı yazan bir ömür. Şən yaşayan ömürsə, Bir ömürdə min ömür.
Sənin əməlin, işin, Xalqın ürəyindədir. Min illər keçsə belə, Unudulan deyildir.
Sənə ləkə yaxanlar, Öz əməlinə baxsın. Özgədə tük axtaran, Gözündə tiri tapsın.
Sənin kimi Bəy idi, Doğru yoldan dönməyən. Vətənin sərvətinə, Zərrəcə göz dikməyən.
Ruhun şad olsun Bəyim, Yolun, izin itməyib. Azadlığa gedən yol, Yaddaşlardan getməyib.
Rəhmətlər Bəyim sənə, Nur çilənsin qəbrinə. Əbədi həkk olmusan, Milyonların qəlbinə.
Mafilə Müntəzir. Xudaferin.eu
10:35
BİR ÖMÜRDƏ MİN ÖMÜR
Hərə bir ömür yaşar,
Tanrı yazan bir ömür.
Şən yaşayan ömürsə,
Bir ömürdə min ömür.
Sənin əməlin, işin,
Xalqın ürəyindədir.
Min illər keçsə belə,
Unudulan deyildir.
Sənə ləkə yaxanlar,
Öz əməlinə baxsın.
Özgədə tük axtaran,
Gözündə tiri tapsın.
Sənin kimi Bəy idi,
Doğru yoldan dönməyən.
Vətənin sərvətinə,
Zərrəcə göz dikməyən.
Ruhun şad olsun Bəyim,
Yolun, izin itməyib.
Azadlığa gedən yol,
Yaddaşlardan getməyib.
Rəhmətlər Bəyim sənə,
Nur çilənsin qəbrinə.
Əbədi həkk olmusan,
Milyonların qəlbinə.
Mafilə Müntəzir.
Xudaferin.eu
10:35