Bir həftədə iki həbsxana qiyamı

Braziliyada bir həftə içində ikinci dəfə çıxan qiyam hadisəsi zamanı 33 cəza çəkən öldürüldü. Bunun üçün təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Roraima əyalətinin Monte Kristo həbsxanasına sövq edilmişdi.

Qeyd edək ki, Braziliyanın bundan bir neçə gün əvvəl Amazonas əyalətində bazar ertəsi günü baş verən həbsxana qiyamı zamanı 60 cəza çəkən öldürüldü. Braziliya həbsxanaları iki böyük cinayət şəbəkəsi arasında çıxan qarşıdurmalar nəticəsində 2016-cı ilin oktyabrında da silsilə qiyamla qarşı-qarşıya qalmışdı. Braziliya tarixinin ən qanlı həbsxana hadisəsi isə Sao Paulodakı Karandiru (Carandiru) həbsxanasında 1992-ci ildə qalxan üsyan və təhlükəsizlik qüvvələrinin müqaviməti nəticəsində 111 məhkumun öldürülməsi olmuşdu.

Xudaferin.eu

12:48