Bir ayda 6 min 700 nəfər öldürüldü - Myanmada

Myanmada son bir ayda 6 min 700 arakanlı müsəlman öldürülüb.

Xudaferin.eu xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatı 25 avqustda başlayan əməliyyatlar zamanı Arakan əyalətində ilk bir ay içəriisndə qətliam yaşandığını açıqlayıb.

BBC-nin 24 avqust - 4 aprel tarixlərini əhatə edən araşdırması zamanı dəhşətli rəqəmlər ortaya çıxıb. Həmin vaxt çərçivəsində 9 min vətəndaş ölüb, bunlardan ən az 6 min 700 insan şiddət hadisələrinə qurban gedib.

Sərhədsiz Həkimlər Təşkilatının açıqlamasına görə, ölən 7 min insanın 69 faizi vurularaq, 5 faizi döyülərək öldürülüb. Qurbanların ən az 730-u 5 yaşından kiçik uşaqlar olub. Uşaqların yarıdan çoxu vurularaq öldürülüb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) etnik təmizlik və soyqırımın həyata keçirildiyi bölgədən təxminən 700 min arakanlı müsəlmanın Banqladeşə qaçdığını bildirib. Mayanma ordu qüvvələri və silahlıların hücumlarına hədəf olan 300-ə yaxın ərazi xəritədən silinib.

Xudaferin.eu

18:29