Həyatda elə insanlar var ki, onların milliyyəti pasportlarında yazılsa da, ürəkləri bütün bəşəriyyətə məxsus olur.
Onlar həqiqətin, ədalətin və vicdanın tərəfində dayanaraq xalqlar arasında körpü salırlar. Belə nadir insanlardan biri də dünya şöhrətli şərqşünas, görkəmli azərbaycanşünas alim, Leh xalqının ləyaqətli oğlu Tadeuş Şventoxovski (Tadeusz Świętochowski) idi.
Pan Tadeuş Azərbaycan xalqından heç vaxt heç nə ummadı. O, nə şöhrət, nə mükafat, nə də orden medal belə ummadı. Onun yeganə dayağı vicdanı, yeganə silahı isə həqiqət idi.
Məhz buna görə də xalqımızın ən ağır, ən ağrılı, diplomatiyamızın ən kövrək illərində erməni lobbisinin güclü təzyiqlərindən çəkinmədən ABŞ Konqresində Azərbaycanın haqq səsini ucaldır, milli maraqlarımızı cəsarətlə müdafiə edirdi.
O, həmin illər təkbaşına bir ordunun görə bilmədiyi işi görür, həqiqəti müdafiə etməyi özünə mənəvi borc bilirdi.
2013-cü il avqustun 7-si… Varşava…
O gün mənim taleyimə bu böyük alimlə görüşmək xoşbəxtliyi yazılmışdı. Həmin görüş ömrümün ən qiymətli, ən unudulmaz xatirələrindən birinə çevrildi…
Günortadan axşamın alaqaranlığına qədər Pan Tadeuşun müdrik söhbətlərini dinlədim. O danışdıqca sanki tarix danışırdı. Onun hər xatirəsi bir kitab, hər cümləsi bir dərs idi. Sadəliyi, təvazökarlığı və Azərbaycana olan səmimi sevgisi insanı valeh edirdi.
Söhbət əsnasında Pan Tadeuş müstəqillik dövründə Azərbaycan tarixşünaslığının qazandığı uğurları böyük rəğbətlə qiymətləndirdi.
Xüsusilə görkəmli tarixçi Cəmil Həsənlinin elmi araşdırmalarından yüksək məhəbnətlə bəhs edərək onu dünya tarix elminin ən parlaq simalarından biri adlandırdı. Belə bir dəyərli soydaşım, dünya şöhrətli bir alimimiz haqda qürnət diyarda xoş sözlər eşitmək qürurverici idi.
Bu görüşün baş tutmasına şərait yaratdığına görə Azərbaycanın Lehidtanda (Polska) diasporunun yorulmaz və parlaq nümayəndəsi Hicran xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm. Onun təşəbbüsü sayəsində mən ömrüm boyu qəlbimdə yaşayacaq bir insanı yaxından tanımaq şərəfinə nail oldum.
Təəssüf ki, 15 fevral 2017-ci ildə Pan Tadeuş Şventoxovski bu dünyaya vida etdi. Lakin böyük insanlar əslində heç vaxt ölmürlər. Onlar yazdıqları əsərlərdə, müdafiə etdikləri həqiqətlərdə və sağlıqlarında yuva qurduqları qəlblərdə yaşamağa davam edirlər…
Mən inanıram ki, Azərbaycan dövləti bir gün Pan Tadeuş Şventoxovskinin adını küçələrindən birinə, bir xiyabana və ya elm ocaqlarından birinə onun adını verəcək.
Bu, yalnız böyük dostumuza göstərilən ehtiram deyil, həm də dünyaya verilən bir mesaj olacaq: Azərbaycan öz həqiqətini müdafiə edən dostlarını unutmur. Bu addım həm də həqiqətin və ədalətin yanında duran bütün xarici alimlər və Azərbaycansevərlər elm adamları üçün yüksək mənəvi qiymət və stimul olardı.
Əziz Pan Tadeuş…
Sən doğulduğun torpaqdan min kilometrlərlə uzaqda yerləşən bir xalqın dərdini öz dərdin bildin. Haqqımızı öz haqqın kimi müdafiə etdin. Buna görə Azərbaycan xalqının qəlbində özünə əbədi yuva qurdun.
Bir axşam Varşavada…

Nur içində uyu, böyük alim, böyük dost!
Ruhun qarşısında dərin ehtiramla baş əyirəm.
Azərbaycan Səni unutmayacaq…
Elman Mustafazadə
7 avqust 2013-cü il – Varşava
Xudaferin.eu
12:45