Binə Ticarət Mərkəzi boşaldılır: Yer pulu artırıldı
Bu barədə “Binə Ticarət Mərkəzi”ndə çalışan kiçik sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, artıq dekabrın 29-dan icarə haqqı yeni qiymətlərlə yığılıb: “Bu gün hökumət deyir ki, sahibkarlara vergi güzəştləri tətbiq olunsun. Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova da bunları nəzər alıb cərgələr üzrə icarə haqqını artırıb. Əvvəllər 100 manat icarə haqqı ödəyən cərgələrin qiyməti indi 250 manata qaldırılıb. Elə cərgə var ki, orda iş yoxdur. Sahibkar orda sadəcə başını girələyir. Bu cərgələrdə əvvəllər icarə haqqı 100 manat idisə, indi 150 manata qaldırılıb. Sonradan elektrik enerjisinə güzəştlər olsa da, amma buna baxmayaraq Kəbirə Məmmədova işıq pulunu artırdı. Pul yığmağa cangüdənlərini göndərir. Sahibkara güzəşt etmək əvəzinə qiymətləri qaldırırlar. Vəziyyət çox acınacaqlıdır. 2015-ci ildən ziyana işləyirik. Gündəlik xərclər də öz yerində. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğu bir vaxta artıq qazanc gözləmək gülüncdür. Bunlar nə düşünüb bu addımı atırlar? İndiki vəziyyətdə hansı sahibkar istəyər ki, onun 10 manat artıq çıxarı olsun? İndi heç kəs pul qazana bilmir. Sadəcə başqa işi olmadığı üçün burda oturmaq məcburiyyətində qalıb”.
Sahibkarlar bildirir ki, Binə Ticarət Mərkəzində Kəbirə Məmmədovanın qaydaları keçərlidir: “Müəyyən sərhədlər daxilində hansı qayda-qanun çıxardırsa, onu da sahibkara tətbiq edir. Əgər etiraz etsən, mağazanı bağlatdırır”.

Yeganə Oqtayqızı
Cebhe.info
12:45
Digər xəbərlər