Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri:
- “Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!” – deyərək yox oldular.
Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə:
- “Dayan” dedi.
Çönüb arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi. Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O , “mən” idi.
Sənədlərimə diqqətlə baxıb dedi:
- Mənimlə getməlisən
- Hara? Axı mən evə tələsirəm.
- Hara lazımdırsa ora. Düş qabağıma, az danış – deyərək qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib, pilləkanlarla aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə : “Keç içəri” – dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.
- “Bura haradır? Məni niyə bura gətiriblər?” – deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribə o idi ki, onlar da “mən” idilər.
“Mən”lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı, çox qısa danışıb oturdu.
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:
- Deyilənlərlə razısınızmı?
Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:
- Bəli , bəli , bəli.
Səs gələn tərəfə baxdım, onlar da “mən” idilər. “Mən” “çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.
Gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.
Əbil Həsənov: Dünyanın o biri üzü
Dünyanın o biri üzü

Əbil Həsənov
12:05
Digər xəbərlər