Belqradda etirazlar

 

 

Serbiyada prezident seçkilərində qalib gəlmiş sabiq millətçi Aleksandar Vuçiçin əleyhinə etiraz aksiyası keçirmək məqsədi ilə dünən çox sayda gənc serb paytaxt Belqradda toplaşıb.

 

Nümayişçilər paytaxt küçələrində yürüş keçirib, Vuçiçi diktator adladırıb və seçki komissiyasının, dövlət televiziyasının rəsmiləri və parlament spikeri ilə bərabər vəzifədən kənarşladırılmalarına çağırıb. “Ona görə ki, artıq bu ölkədə demokratiyanın olduğuna inanmıram. Mən düşünürəm ki, nə isə dəyişilməlidir və mən hazırda ölkədəki vəziyyətə narazılığımı bildirmək məqsədi ilə burdayam” deyə Belqrad sakini Mihaylo Saranoviç bildirib. Vuçiç bazargünkü seçkilərdə çox sayda rəqib namizədlərinə böyük səs çoxluğu ilə qalib gəliməsi ilə ölkədə siyasi vəziyyətə nəzarəti bərpa edib. Serbiya Qərblə yaxın münasibətlərə nail olmaq, eyni zamanda ənənəvi müttəfiqi Rusiya ilə əlaqələri möhkəmləndirməyə çalışır.

Mühafizəkar sabiq baş nazir həm ultra-millətçi, həm də mərkəzçi olması ilə tanınır. O, iqtisadi bloka tam üzv olmağın və Avropa Birliyi ilə əməkdaşlığın tərəfdarı olub. Vuçiçin baş nazir vəzifəsinə müttəfiqinin namizədliyini irəli sürəcəyi gözlənilir və bundan sonra Viçiç 7.2 milyon əhalisi olan ölkədə siyasi qanunların tətbiqinə nəzarət edə biləcək.

Amerikaninsesi.org

06:46