Belçikanın tanınmış qəzeti Ermənistanın gerçək üzünü ifşa etdi

 

Belçikanın iki dildə çap olunan "Metro" qəzeti Ermənistanın Xocalıda törətdikləri haqqında məlumat yayıb.

Qəzetdə xüsusi olaraq 25-il bundan öncə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törətdikləri soyqırım zamanı 613 dinc insanın vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfər əsir götürülməsi, girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması qeyd edilib. Bildirək ki, qəzet gündəlik 200 min tirajla çıxır.

Hurriyyet.org

09:12