Belarusda dronlardan poçt daşımaları üçün istifadə ediləcək

Belarusda dronlardan poçt daşımaları üçün istifadə ediləcək.

Xudaferin.eu BELTA-ya istinadla xəbər verir ki, bunu Belarusun rabitə və informasiya naziri Sergey Popkov Minskdə II İnformasiya-Kommunikasiya Texnologiyaları Samitində çıxışı zamanı deyib.

“Dronların baza sistemi inkişaf etdiriləcək. Qazaxıstanda təxminən 100 dron poçt daşımalarını həyata keçirir. Bu layihəni Belarusda gerçəkləşdirmək istəyirik, olduqca maraqlı, effektli layihədir”, - deyə S.Popkov əlavə edib.

Nazir qeyd edib ki, xüsusilə uzaq və təhlükəli ərazilərə poçt daşımalarında dronlardan istifadə olunacaq.

Xudaferin.eu

12:53