Belarus lideri Aleksandr Lukaşenko Moskvanı Rusiya və Belarus arasında sərhədə sərhədçilərin yerləşdirilməsi məsələsində yekun qərara gəlməyə çağırıb.
Xudaferin.eu xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.
Brest vilayətinin ərazisində yerləşən “Divin” sərhəd zastavasına gələn Lukaşenko dövlət sərhəd komitəsinin nümayəndələri ilə görüşüb. Onlar Belarusun Rusiya ilə sərhəddə daimi əsasda sərhəd xidməti bölmələrinin olmadığını və lazım gəldikdə sərhədçilərin kordona irəliləyə bildiyini söyləyib.
Rusiya tərəfdən isə sərhəddə Federal təhlükəsizlik xidmətinin ştatlı sərhəd bölmələri qərarlaşıb və həmin istiqamətdə kordonu mühafizə edirlər.
Aleksandr Lukaşenko Belarus sərhəd xidmətinin fəaliyyətinin formal xarakter daşımasını görmək istəmədiyini bildirib.
“Belə bir komponentlə bu istiqamətə nəzarət etmək qərarına gəlmisinizsə, bu azından faydalı olmalıdır. Effektiv olmağı isə daha məqsədəuyğundur”, - deyə Lukaşenko bildirib
Lukaşenkonun sözlərinə görə, Belarus sərhədçiləri Rusiyadan örnək götürməməlidir.
“Onlar özləri Belarus-Rusiya sərhədində nə istədiklərini və nə etdiklərini anlamırlar. Qoy yekun bir qərara gəlsinər. Müəyyənləşdirsinlər. Onlara cavab vermək bizim üçün problem deyil. İstənilən an adekvat cavab verməyə hazırıq. Sərhədi bağlamaq istəyirlərsə buyursunlar. Bağlayacaqlar biz də buna cavabında sərhədi nəzarətə götürməli olacağıq”, -deyə Lukaşenko vurğulayıb.
Belarus Rusiya ilə sərhədi bağlamaqla hədələdi

Xudaferin.eu
19:16
Digər xəbərlər