BBC: İŞİD üzvləri Rakkadan qaçmağa başlayıb

 

Suriyanın şimalındakı üç həsxananı gəzən BBC müxbiri Sommervil, İŞİD terrorçularının adlarının bir dəftərə yazılaraq qeyd edildiyini bildirir. Xeyli İŞİD yaraqlısının terror təşkilatının qalası olan Rakkadan qaçdığı xəbərini verən müxbir, “Tvitter” hesabından bir çox pasport fotolarını paylaşıb. Sommervilə məlumat verən bir fərarı İŞİD üzvü Rakka həbsxanalarının şəhərdən qaçmaq istəyənlərlə dolu olduğunu deyib.

BBC müxbiri Kventin Sommervil İŞİD terror təşkilatından qaçan yaraqlılarla görüşüb. Sommervil üç gün ərzində Suriyanın şimalındakı üç həbsxanada olub. İŞİD-dən qaçanları həm İŞİD, həm də ona qarşı döyüşənlər həbs edir.

Müxalifətçilər tərəfindən yaxalanıb həbs edilən terrorçuların qeydiyyatı xüsusi dəftərdə aparılır. Onlardan biri Fransa vətəndaşı Məhəmməd Atilladır. İŞİD-ə qoşulan Atilla, indi evinə qayıtmaq istəyir, ancaq bu dəfə də Fransa tərəfindən qəbul edilmir. Həyat yoldaşı Sara ilə birlikdə Sommervilə müsahibə verən Atillanın fikrincə, Suriya uşaqların böyüyə biləcəyi bir yer deyil. İŞİD sıralarında döyüş dövründə övlad sahibi olan cütlük Rakkadan qaça bilib.

Ölkəsinə qayıtmaq istəməyən misirli bir terrorçu isə deyib: “Sisini bilirsiniz, dərhal edam edilərəm”.

“Tvitter” səhifəsində bir çox şəxsiyyət vəsiqəsi fotolarını payalaşan BBC müxbiri, çox sayda İŞİD terrorçusunun Rakkadan qaçdığını və Suriyadakı təhlükəsiz bölgələrə çatdığını bildirir. BBC müxbirinə məlumat verən bir fərari İŞİD terrorçusu Rakkadakı həbsxanaların təşkilatın sıralarından qaçmaq istəyənlərlə dolu olduğunu deyib.

Müxalifətçilərin həbsxana komandiri isə deyib ki, Avropa ölkələri İŞİD-dən qaçan yaraqlıların geriyə dönməsi üçün daha çox səy göstərməlidir.

 

Kürd işğalına qarşı İŞİD-ə qoşulan ərəblər var

 

Türkiyənin öz sərhəddindən cənubda həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının gedişində terror təşkilatından təmizlədiyi Əl Bab şəhərində anadan olmuş bir yaraqlı “Niyə İŞİD sıralarına qatıldın” sualının  cavabında: “Kürdlərin mənim vətənimi almalarının qarşısını almaq üçün”, - deyib.
 

Tabkanı itirdilər
 

İraqın ikinci böyük şəhəri Mosulda əlində artıq cəmi bir neçə məhəllə qalmış İŞİD terror təşkilatı indi Suriyadakı qalası Rakkanın qərbindəki Tabkanı da itirib. Hələb yolundakı Tabkanın alınması ABŞ-ın dəstəklədiyi YPG terrorçularının aylarla davam edən mühasirə əməliyyatında atılan ən mühüm addımlardan biridir.
 

Hücum dərhal başlaya bilər
 

Vaşinqton iqtidarı, bundan əvvəlki gün PKK-nın Suriyadakı uzantısı olan YPG yaraqlılarına axır silah veriləcəyini bildirib. Prezident Donald Trampın silah nəqlinə razılıq verməsi ilə Rakkaya hücumun qısa müddət ərzində başlayacağı güman edilir.

Koalisiyanın mətbuat katibi, amerikalı polkovnik Con Dorrian deyib: “Veriləcək silahların bir qismi onsuz da artıq bölgədədir və bir qismi çox qısa bir müddət ərzində paylaşdırılmış ola bilər”. Dorrianın verdiyi məlumata gprə, ABŞ-ın regiona göndərəcəyi yeni silahlar arasında bomba yüklü zirehli texnikanı məhv edə biləcək tank hücumuna qarşı avadanlıqlar da var.

Türkiyə YPG-nin iştirakına qarşıdır

Türkiyə ABŞ-a, YPG-nin əməliyyatdan kənarlaşdırılmasını, İŞİD-ə qarşı koalisiyada iştirak edən ölkələrin xüsusi təyinatlı qüvvələrinin Rakkaya hücum eləməsini təklif edib. Prezident Rəcəb Tayyib Ərdoğan, gələn həftə prezident Donald Tramp tərəfindən Ağ Evdə qəbul ediləcək. Görüşün ən mühüm maddəsi, YPG-yə verilən silahlar və Rakka əməliyyatı olacaq.
 

İŞİD tutduğu ərazilərin üçdən ikisini itirib

 

İŞİD ötən il əlindəki torpaqların dörddən birini itirmişdi. 2014-cü ildən indiyə qədər İraqda tutduğu torpaqların 65%-ni, İraqda Fəllucəni, Liviyada Sirt kimi iri şəhərləri geri qaytaran qanlı təşkilar Mosuldan da qovulacağı təqdirdə yalnız Rakkaya sığınacaq.

Hurriyyet.org

 

16:04