Başsağlığı

Çağdaş Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri Ramiz Rövşənin qardaşı Eyvaz Bəy uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu ağır itki təkcə Ramiz Bəy və onun ailəsi üçün deyil, həm də bütün millətimiz üçün üzücü bir hadisədir. Həyatının son 24 ilini düşmən torpaqları işğalı altında inləyən Qarabağımızın və Qubadlının   torpaqlarının dərdini çəkən hər bir soydaşımızın acınacaqlı taleyi bu cür uzun sürən xəstəliklə tamamlanır. Əcdadlarımızın uyuduğu o müqəddəs torpaqların taleyi üçün gecə-gündüz içində qıvrılıb yanan hər bir soydaşımızın içində və ruhunda sağalmaz bir dərin yara var. Nə qədər ki, bu yaralar bizimlə birlikdə qoşa addımlayır, o dərdlər özümüzlə birgə içimizdəki ağırlıqları daşımağa vadar edir. Eyvaz Bəy də bu nisgilli dünyadan dərdli-dərdli əbədi olaraq Yurd həsrəti ilə, Qubadlı ağırısı ilə gözlərini yumdu.
Dəyərli qardaşlarım Ramiz Bəy və Yaşar Bəy sizlərə və bütün millətmizə başınız sağ olsun deyirik. Vətən sağ olsun. İnanırıq ki, Yurd həsrəti, Qarabağımızın dərdi bunca üzücü və əzablı tale kimi uzun sürməyəcək. Uca Tanrıdan millətimizə dərin hüznlə başsağlığı verir, Eyvaz Bəyə rəhmət diləyirik. Məkanı cənnətlik olsun.

Hörmətlə: Elman Mustafazadə,
Avropada “Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, “Xudafərin” dərgisi və “Xudaferin.eu” saytının baş redaktoru    

10:45