Dövlətə məxsus xidməti maşında bağa getdiyinə görə
Tokio qubernatoru Eyti Masudzoe maliyyə qalmaqalı ilə bağlı istefaya getmək arzusunu bəyan edib. İstefa ərizəsi başkəndin Qanunvericilik Assambleyasına təqdim ediləcək.
Qubernatorun könüllü istefaya getmək istəməsi onun adı ətrafında yaranan qalmaqalla əlaqədardır. Qubernatoru hər həftə xidməti maşında bağa getməkdə ittiham edirlər. Daha sonra isə ailəvi səyahətlərlə bağlı xəbərlər yayılmağa başlayıb və bu səfərlər siyasi fondların vəsaiti hesabına gerçəkləşdirilib. Şəhər rəhbəri həmçinin kalliqrafiya məğlələrində istifadə üçün bu fondlardan şəkil və Çin istehsalı olan ipək paltarlar üçün də pul götürüb. Qalmaqaldan sonra mer bütün maaşını dövlətə geri qaytaracağını vəd edib və sentyabra qədər möhlət istəyib. Qanunvericiliyə görə, açıq səsvermə ilə seçilən merə Assambleyada etimadsızlıq göstərilərsə, o, ya istefa verməli, ya da Assambleyanı buraxaraq yeni seçki elan etməlidir.
Başkəndin meri istefa vermək zorunda qaldı

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:13
Digər xəbərlər