“Başına dolanım Urmu Gölü” şüarı ilə gölün çevrəsini dəmiratla gəzən cütlük

 

Güney Azərbaycanda gənc ailə Urmu gölünün qurdulmasına etiraz və bütün diqqətləri bu dəhşət saçan fəlakətə çəkmək üçün 600 kilometr Urmu Gölünün çevrəsini dəmiratla (bisklet-velosiped) dolaşıb gəzəcəklər.

“Başına dolanım Urmu Gölü” şüarı ilə yola çıxan Güneyli ailə Əli Həsənniya Bəy və onun xanımı Saray Qasimi Urmu Gölünün çevrəsində 7 gün içində Sofiyan, Tərbiz, Əcəbşir, Urmu, Salmas, Sulduz, Şərəfxana və Binab şəhərlərindən keçməyi planlaşdırıblar.

Xatırladaq ki, İran mollakrat rejmi Urmu Gölünü bilərəkdən qurudur. Qatı fars şovinizmi düzəni siyasəti ilə Güney Azərbaycanın bölgələrində süni şəkildə ekoloji fəlakətlər yaratmaqla kəndlərin boşaldılması hədəflərini ortaya atır. Çünki, kənd yerlərində əhalinin çoxu şəhərlərə nisbətdə bir qədər savadsızdırlar. Bunun ardınca isə, həmin kəndlərə İranın çeşidli bölgələrindən, eləcə də Suriya və İraqdan kürdləri köçürərək onları məskunlaşdırırlar. Özəlliklə də Urmu Gölü çevrəsindəki yaşayış məntəqələrində bu prosesi dərindəlşdirmək kimi hədəflər ortaya atılıb. Bunun da əsas səbəblərindən biri Urmu vilayətinin Türkiyə sınır bölgəsi olması, İranın daxilində yaradılan “Kürüstan” bölgəsinin gələcəkdə sınırlarnın daha da genişləndirilməsi hədəflərinə bağlanılır. Urmu Gölünə axan suların qarşısının süni şəkildə alınmasının səbəbi də budur. İran mollakrat fars rejiminin strateji həfədi budur. 2009-2010 cu illərdə Güney Azərbaycanda rejmin Urmu Gölünü qurtumasına qarşı kütləvi eyləmlər təşkil edilmiş, bu eyləmlərdə onlarla soydaşımız molla rejmi təfindən tutuqlanaraq illərlə həbsə məhkum olunublar. Ancaq, onu da qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatı və onun fəalları dişi və dırnağı ilə Tehran rejiminin bu anti Türk siyasətinə qarşı daim mücadilə aparmaqdadır. Bu prosesə çevrədəki bütün bölgələr də qatılıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:11