Baş nazir terror olayı yerinə ağlaya-ağlaya getdi

 

İsveçin başkəndi Stokholmda baş verən, terror olayıı ilə ilgili artıq iki şübhəli saxlanılıb.  
Stohkolm faciəsinin sonucu olaraq, olay yerində 4 nəfər vətəndaş öldüb və 15 nəfər isə  yaralanıblar. Terrorun baş verdiyi əraziyə gələn İsveçin baş naziri Stefan Loven göz yaşlarına hakim ola bilməyib.

O, mediaya açıqlamasında bildirib ki, bu cür terrorların təşkilində məqsəd demokratiyanı sarsıtmaqdır, lakin terrorçular İsveçdə buna nail ola bilməyəcəklər: “Yük avtomobili sürücüsü və digər şübhəli şəxs hazırda polis nəzarətindədir”.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı bütün metro stansiyaaları, o cümlədən ölkəyə giriş və çıxış bağlanıb. Avropa və bütün dünyada özünün demokratik dövlət düzəni, insan haqları və digər gəlişmiş dövlət düzəni ilə məşhur olan İsveçdə belə bir faciəli terror eyləminin baş verməsi ölkədə ən böyük faciələrdən biri hesab olunur. İsveçdə bu gün tolerantlığın inkişaf etdiyi bir dönəmdə müxtəlif dinlərin üz-üzə qalmasını elə bu ölkədə yaşayan Azərbaycan və Türk diaspor təşkilatları daha çox lənətlədilər. Ərəblərə və farslara məxsus diaspor cəmiyyətləri isə hələ də susqunluq nümayiş etdirirlər. Olayın baş verməsində şübhəli bilinən Özbəkistan vətəndaşları əslində Suriya və İraqda bu gün at oynadan İŞID və DAEŞ terror qruplaşmalarının düşərgələrində təlimat almış gənclərdən biridir. İsveç sosioloqlarının da qeyd etdiyi kimi, terrora nədən bu qədər önəm verilməsinən gerçək səbəbi yeni yetişən nəslin demokratik cəmiyyətdə deyil, diktatorluğun tüğyan etdiyi ölkələrdə geniş şəkildə yayğınlaşması səbəbindən gündəmə gəlir.

Xudaferin.eu
“İsveç Bürosu” 

 

 

 

06:30