Barak Obamadan şok etiraf: "İŞİD Amerikanın günahıdır"
Barak Obama etiraf etdi: "İŞİD Amerikanın günahıdır"Hurriyyet.org xəbər verir ki, Barak Obama ABŞ-ın İraqa müdaxiləsi zamanı buraxdığı səhvlərin İŞİD-in yaranmasının əsas səbəblərindən olduğunu deyib. ABŞ prezidenti bu açıqlamanı çərşənbə günü, Florida ştatında yerləşən Makdil ABŞ HHQ bazasında verib. Obama deyib: “Biz 2003-cü ildəki müdaxilənin bəzi xətalarını təkrarlamaqdan imtina elədik. Həmin xətalar üzündən İŞİD adı ilə tanınan təşkilat qol-budaq atmağa başladı”.
Səddam Hüseynin hakimiyyətdən kənarlaşdırılmasına səbəb olan hərbi kampaniyanı oğul Corc Buşun başında durduğu əvvəlki ABŞ administrasiyası aparmışdı. ABŞ İraqa kütləvi qırğın silahı cəbbəxanasını neytrallaşdırmağın zəruriliyi bəhanəsi ilə daxil olmuşdu. Sonradan bəlli oldu ki, İraqda kütləvi qırğın silahı olmayıb.
Obamanın sözlərinə görə, o, 2009-cu ildə hakimiyyətə gələndə İraqda təqribən 150 min nəfərə qədər amerikalı hərbçi olub. “Əl Qaidə” qruplaşması isə Əfqanıstanda və Pakistanda güclənirmiş. ABŞ-ın nəzərlərini bu ölkələrə yönəltməsi İraqın zərərinə olub.

Xudaferin.eu
13:08
Digər xəbərlər