Bankların yeni fırıldağı: Yalançı vədlərlə vətəndaşlara borc yüklənir
Natiq Cəfərli: “30 faizli kredit güzəşt deyil, soyğunçuluqdur”
Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra əsas problemlər məhz bank sektorunda, daha dəqiq desək, xarici valyuta ilə verilən kreditlərdə yarandı.Milli valyuta ilə verilən kreditlərdə də müəyyən problemlər yarandı ki, bu da əsasən əhalinin gəlirlərində baş verən kəskin azalma fonunda oldu.Təsadüfi deyil ki, son iki ildə banklar demək olar ki, kredit vermir.Təbii ki, burada da müəyyən istisnalar var. Bəzi iri şirkətlər müəyyən təminatlar göstərməklə istənilən qədər kredit əldə edə bilirdi. Ümumilikdə götürsək, kommersiya bankları problemli kreditlərin həcminin çox olması səbəbindən 2 ilə yaxın zamandır ki, müsbət saldo ilə işləyə bilmirdi.Bunu bankların rüblük hesabatlarında da aydın şəkildə görmək mümkündür.Ancaq artıq valyuta bazarında müəyyən sabitlik yaranıb.Manat artıq uzun müddətdir ki, 1.70 civarında öz dəyərini qoruyub saxlayır.Ekspertlər isə hesab edir ki, manatın dəyər qazanması müvvəqqətidir və Azərbaycan Mərkəzi Bankı bunu süni müdaxilələr hesabına təmin edir.
Devalvasiyalardan sonra bankların maliyyə-kredit siyasətinin iflasa uğraması onları “saf” gəlirdən məhrum etdi.Nəzərə alsaq ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əksəriyyəti məhz kredit hesabına gəlir götürür, o, zaman bankların hansı durumla üz-üzə qalmasını başa düşmək elə də çətin deyil.Ancaq banklar manatın uzun zamandır sabit qalmasından istifadə edərək kredit siyasətinə yenidən başlamağa qərar verib.Banklar artıq yeni şirnikləşdirici təkliflərlə vətəndaşa banklardan kredit götürməyə cəlb etməyə səy göstərirlər. Bu istiqamətdə ilk addım isə Bank “BTB”-dən gəlib. Belə ki, Bank “BTB” ASC iyun ayının sonunadək növbəti kredit kampaniyasını başladığını bəyan edib.Məlumata görə, kampaniyanın əsas üstünlüyü, kredit götürən müştərilərə əsas borcun ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunmasıdır.Belə ki, ilk 2 ayın aylıq ödənişində əsas borcun ödənilməsi tələb olunmur, yalnız faizlərin ödənişi kifayət edir.Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir.İllik faiz dərəcəsi isə 30 faiz təşkil edir. İlk baxışdan təklif cəlbedici görünsə də əslində digər kreditlərdən heç də fərqlənmir.Bu gün onsuz da bütün banklar 30-35 faiz aralığında kredit təklif edirlər.Təbii ki, təklif olunan bu kredit faizləri ölkə əhalisinin ortalama gəlir səviyyəsinə adekvat deyil.2 aylıq əsas borcun ödənilməsinə güzəşət tətbiq etmək isə heç nəyi dəyişməyəcək. Deyək ki, vətəndaş krediti götürdü və ilk iki ayını rahat şəkildə (oxu: yalnız hesablanan faizləri) ödədi. Bəs sonrakı aylarda necə olacaq?Təbii ki, yenə də götürülən kreditlərin böyük hissəsi problemli kreditlərə çevriləcək və yenə də vətəndaşın üzərinə borc yüklənəcək.Digər tərəfdən ilk iki ayda ödənilməyən əsas borc da vətəndaşa bağışlanmır.Həmin aylara hesablanmayan borc, ödəniş cədvəlində digər aylara bölünür və hər bir halda vətəndaşın borcunun üzərinə gəlir.Bəs bu necə güşətli kredit oldu? Effektliyi olmayacağı ilk başdan bəlli olan bu təklif banka nə qazandıracaq?
Vətəndaşları bu cür şirnikləşdirici yollarla kreditə cəlb etməklə banklar nə qazanacaq?
İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, 30 faizli kredit güzəşt deyil, soyğunçuluqdu: “Dünyanın heç bir yerində 30 faizlik kredit yoxdur. Normal iqtisadiyyatı olan ölkələrdə bu dərəcədə yüksək faiz ola bilməz. Bu istehlak krediti hesab olunsa belə, vətəndaş bu kreditləri qaytarmaqda çox böyük çətinliklər çəkəcək.Bu təbii ki, güzəşt deyil, soyğunçuluqdur.Kreditin götürülməsi üçün şərtlər ağırlaşdırılıb, zamin məsələsi ciddiləşdirilib.Çünki geri qayıtmayan kreditlərin həcmi getdikcə artdığı üçün bank özünü sığortalamağa çalışır. Digər tərəfdən bu qədər yüksək faizlərlə nə biznes inkişaf edə bilər, nə istehlak bazarında canlanma yaranar.Bu vətəndaşların əlavə problemlərlə yüklənməsindən başqa bir şey deyil.Vətəndaşlar bu məsələdə çox diqqətli olmalıdır.Çox təəssüf ki, təcili pula ehtiyacı olan şəxslər ümumiyyətlə, kredit müqaviləsinin şərtlərini oxumurlar.Nəticədə isə bütün müqavilələr bankın xeyrinə rəsmiləşdirilir.Sonradan bank da həmin müqavilələri əsas gətirərək məhkəməyə müraciət edir və vətəndaşın üzərinə əlavə yük qoymağa çalışır. Ona görə də vətəndaşlar bu tip reklamlara daha diqqətli və həssas yanaşmalıdırlar. Vətəndaşlar kredit götürən zaman müqaviləni imzalamadan öncə tanıdıqları, bildikləri hüquqşunasla məsləhətləşməlidir ki, sonradan bütün yük vətəndaşın üzərində qalmasın. Əslində həm də bu elanların bir səbəbi də bankların işlədiklərini bəyan etməyə və müəyyən koorperativ müştərilərini rahatlaşdırmadır.Vəziyyət isə göründüyündən qat-qat fərqlidir.Banklarda vəziyyət ciddi şəkildə pisləşib və geri qayıtmayan kreditlərin həcmi sürətlə artır.Təkcə onu demək kifayət edir ki, bu gün bütün məhkəmələrin 70 faiz yükünü bank işləri təşkil edir.Banklar çıxış yolu tapmadığı üçün vətəndaşı məhkəməyə verməklə problemini həll etməyə çalışır.Hökumət isə bu məsələyə ümumiyyətlə, müdaxilə etmir, vətəndaşa kömək göstərmir.Yük isə yalnız vətəndaşın çiynindədir.Vətəndaşın üzərinə yüklənən bu ağır yükün nəticəsində də vətəndaş kredit ödənişindən imtina edir. Ona görə də bu tip elanlara daha diqqətlə yanaşmaq lazımdır və kredit müqaviləsi imzalayan zaman mütləq qaydada hüquqşunas məsləhətindən yararlanmaq vacibdir”.

Vilayət Muxtar
Cebhe.info
09:15
Digər xəbərlər