“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetr olan smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.
Model 128х64 piksel təsvir ölçülü kiçik monoxrom ekranla təchiz edilib. O, zəng etmək, məlumatlar göndərmək, musiqi dinləmək və telefonun digər əsas funksiyalarını yerinə yetirmək imkanlarına malikdir. Kompakt ölçülərə görə şirkət hər şeyə qənaət etməli olub. Bu səbəbdən qurğuya yalnız simsiz qulaqcıqlar qoşmaq mümkündür, enerjinin doldurulması isə xüsusi dok-stansiya (birləşdirici qurğu) vasitəsilə həyata keçirilir.
“NichePhone-S” smartfonunda “MediaTek MT6572A” prosessoru və 550 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçıların sözlərinə görə, qurğu danışıq rejimində 3 saat, gözləmə rejimində isə 72 saat işləyir. Bundan başqa, “Android 4.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon “Bluetooth”, “3G” və “4G LTE” şəbəkələrini dəstəkləyir. Qiyməti 88 dollar təşkil edən “NichePhone-S” smartfonunun satışlarına noyabrın 10-dan etibarən Yaponiyada başlanılır.
Bank kartı ölçüsündə smartfon

Xudaferin.eu
"Uzaq Doğu Bürosu"
08:54
Digər xəbərlər