Ölkədə yaranan dollar qıtlığı bankları radikal addımlar atmağa vadar edir. Azərbaycan Mərkəzi Bankının hərraclara bankların tələbini ödəyə bilmədiyi üçün banklar da dollar satışını birbaşa dayandırıb. Manat-dollar arasında olan məzənnə fərqi isə artıq çox yüksəkdir və yükəslməyə də davam edəcək. Çünki valyuta bazarında manata qarşı təzyiqlər kifayət qədər çoxdur. Digər tərəfdən də Amerika Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) 14 dekabrda keçirdiyi iclasda dolların uçot dərəcəsini 0.25 faiz artıraraq yüksək həddi 0.75 faizə çatdırdı. Bu da manatın məzənnəsinin daha da surətlə ucuzlaşmasına təkan verəcək.
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları artıq FED-in qərarına ilkin reaksiyasını verib. Bu gün səhər satlarından artıq banklarda dollar satışı tam olaraq dayandırıb. Bəzi banklarda isə ümumiyyətlə, əməliyyat aparılmır. Banklar nə dollar alır, nə də dollar satırlar. Bu da əhali arasında ajiotaja səbəb olur. Digər tərəfdən hökumətin son günlər apardığı “qara bazar” əməliyyatı vəziyyəti daha da ağırlaşdırır. Çünki hökumət “qara bazar”ın qarşısını alır, ancaq bunun fonunda banklar da dollar satışı həyata keçirmir. Bu da əhalinin dollar əldə etməsini mümkünsüz edir. Valyuta bazarında yaranan bu kritik vəziyyət manatın taleyini sual altına salır. Hökumətin manatı qorumaq üçün keçirdiyi əməliyyatlar konpleks şəkildə aparılmadığı üçün manata təzyiqi artırır. “Qara bazar”da hökumətin əməliyyatlarından sonra satış dayandırılıb, banklar da eyni qayda da fəaliyyət göstərdiyi üçün valyuta bazarında hökumət gözləntilərini ala bilmir. Hər bir addım manatın əleyhinə işləyir.
Bakının dollar bazarında TƏLATÜM

Vilayət Muxtar
Cebhe.info
15:53
Digər xəbərlər