Satıcılar da, alıcılar da yeni il hədəyyələrindən imtina etdilər
Yeni ilin gəlişinə az bir müddət qaldığı üçün hər il olduğu kimi bu il də paytaxt Bakının müxtəlif yerlərində yeni il yarmarkaları təşkil edilib. Yarmarkalar metro çıxışlarında və hərəkətin daha çox intensiv olan yerlərdə quraşdırılsa da, bu il həmin yarmarkalar özünü doğrultmayıb. Bu il yeni il yarmarkalarındakı qiymət ötən illərə nisbətən daha baha olub və bu da alıcılarda ciddi narazılıq yaradıb.
Satıcılar həm alıcılıq qabiliyyətinin aşağı olması, həm də qiymətlər baha olduğu üçün yeni il yarmarkalarına mal çıxartmaqdan imtina ediblər. Hətta yeni ilin yaxınlaşmasına baxmayaraq bəzi yerlərdə çadır- yarmarkalar sökülür. "Neftçilər" metrostansiyasının yaxınlığında quraşdırılmış yarmarkanın sökülməsi də bu səbəblə bağlıdır. Bununla yanaşı "Koroğlu" metrostansiyası yaxınlığındakı yarmarka da boş qalıb.
Bakıdakı yeni il yarmarkaları sökülür

Rövşən Əsədov
Cebhe.info
11:55
Digər xəbərlər