Bakıda xalça istehsalı kəskin artıb

Bu ilin yanvar-mart aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 32,9 mln. manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən xudaferun.eu-ya daxil olan məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 3,6 dəfə, geyim istehsalında 6,5% artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 38,8% azalma müşahidə edilib.

Hesabat dövründə paytaxtda xalça və xalça məmulatlarının istehsalı əvvəlki ilin analoji dövrünə nisbətən 5,5 dəfə artaraq 744,3 kv. metr, kişi və oğlanlar üçün kostyumların istehsalı 9,3% azalaraq 27 783 ədəd corab istehsalı isə 59,2% artaraq 533 min cüt təşkil edib.

 

xudaferun.eu

14:09