Bakıda sualtı ovçuluq üzrə çempionat keçiriləcək - FOTO

Sentyabrın 1-2-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Bakı Sualtı Ovçular Klubunun dəstəyilə təşkil olunacaq çempionatda otuzadək idmançı mübarizə aparacaq.

İkigünlük yarışlar çərçivəsində Azərbaycanda dayvinq və s. idman növlərinin inkişafı ilə bağlı mühazirələr də dinləniləcək. Bundan başqa, çempionatda azyaşlı iştirakçılar və azarkeşlər üçün müxtəlif müsabiqə və viktorinalar təşkil ediləcək. Çempionatın tamaşaçıları üçün əyləncəli proqramlar da tərtib olunacaq.

15:28