Bakıda sakinlər bayramı küçədə keçirəcək

 

Komissiya isə bayramdan sonra toplaşacaq

Bakı şəhəri, Abdulla Şaiq küçəsində, yəni “Sovetski” adlanan ərazidə yerləşən evlərin sakinlərin icazəsi olmadan söküldüyünə dair məlumat yayılıb. Bunun üçün sakinlərə məhkəmədən hər hansı sənəd də göndərilmədiyi deyilir. Vətəndaşlar əşyalarının küçələrə atılmasından, evlərindən didərgin düşmələrindən şikayətçidir. Evlər dağıdılsa da, heç bir kompensasiya ödənilməyib və əşyaların çıxarılmasına da imkan verilməyib.

Sakinlərin sözlərinə görə, əraziyə gələn Yasamal rayon icra başçısı və onun birinci müavini, o cümlədən də Maliyyə Nazirliyinin əməkdaşları onlarla görüşməyib, şikayətlərini dinləməyiblər.

Cebhe.info problemlə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH-dən bildirilib ki, Çingiz Mustafayev -49 ünvanında yerləşən evlərdə işçi komissiyası tərəfindən söküntü işləri aparılır. “Sovetski” adlanan ərazinin söküntü işləri ilə əlaqədar yaradılan işçi komissiyasının tərkibində maliyyə nazirinin və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini var: “Komissiya üzvləri bayramdan sonra yenidən iş başında olacaqlar”.

Nigar Məhərrəm

Cebhe.info

 

07:32