Bakıda Quzey Kıprısla ilgili sərgi

Bakı Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin, Quzey  Kıprısın Bakı təmsilçiliyinin və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Quzey Kıprıs Türk Cümhuriyyəti Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi açılıb. Törəndə Quzey Kıprısın ölkəmizdəki təmsilçisi xanım Ufuk Turganer çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bakıda Quzey Kıprıs Cümhuriyyətinin yaradılmasının 33-cü ildönümü münasibətilə təşkil olunmuş sərgini olduqca yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan uşaqlarının gözü ilə Quzey Kıprısı görmək çox təsirli olmaqla yanaşı, həm də qürurvericidir. Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, “Türkiyə universitetləri məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək belə tədbirlərin təşkilini yüksək qiymətləndirərək balaca fırça ustalarına təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, sərginin təşkil olunması balaca fırça ustalarının Quzey Kıprıs Türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsilə canlandırmaq məqsədi daşıyır. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sonda 100-dən çox balaca fırça ustasına müxtəlif xatirə hədiyyəsi və diplomlar təqdim edilib.

Xudaferin.eu

12:12