Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda tədbir keçirilir

Noyabrın 3-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbənin ikinci ildönümünə həsr olunmuş “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda tədbir keçirilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, energetika naziri Pərviz Şahbazov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və digərləri iştirak edirlər.

Tədbirdə “Postkonflikt quruculuğu modeli”, “Yeni idarəçilik modeli”, “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı”, “Postmüharibə dövründə sosial dəstək siyasəti”, “Yaşıl enerji zonası” və “Postmüharibə dövründə informasiya siyasəti” mövzularında məruzələr dinləniləcək.

Xudaferin.eu

15:47