Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nazir müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş icraçı direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatdan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb olunması məsələsi, o cümlədən ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Xudaferin.eu

19:02