Əraziyə dərhal Çevik Polis Alayının qüvvələri yeridildi
Bakının Babək prospektində yerləşən maşın bazarının sahibkarları etiraza başlayıb.
Sahibkarların verdiyi məlumata görə, etiraza qalxmalarına səbəb arenda haqqı və vergi pulunun bazar rəhbərliyi tərəfindən qaldırılmasıdır. Onların sözlərinə görə, hər ay mağazanın arendası üçün 1500 manat, əlavə olaraq isə 270 manat vergi pulu verirlər. Lakin bazar rəhbərliyinin işini aparan Həsrət adlı şəxs arenda pulunun, eyni zamanda vergi pulunun 50 manat qaldırıldığını deyir.
''Bizdən hər ay vergi üçün 270 manat alınır. İndi də həmin məbləği 320 manata qaldırırlar. Biz də buna etiraz edirik. Bizə verdiyimiz vergiyə görə heç bir sənəd verilmir. Ona görə də bazar rəhbərliyi qarşısında tələblərimiz var. Mağazaları bağlayıb toplaşmışıq. Bazara giriş-çıxışı bağlamışıq. Əraziyə çevik polis alayının əməkdaşları gəlib''-deyə sahibkarlar bildirdi. Bazar nəzarətçisi olan Həsrət adlı şəxs icarə və vergi pulunun qaldırıldığını təsdiqlədi. Bildirdi ki, mağaza sahibləri buna etiraz olaraq toplaşmışdılar. Hazırda onlar sakitləşib və bazar rəhbərliyinin gəlməsini gözləyirlər. P.S. Belə bir durumla ilgili olaraq əraziyə Çevik Polis Alayının qüvvələrinin yeridilməsi və bunun hüquqi bazası yoxdur. Qanunla vətəndaşların etiraz etmək və hüquqlarını tələb etmək haqqı vardır. Onları polis və silahlı qüvvələrlə qorxu altında saxlamaq, açıq aşkar vətəndaşa qarşı dövlət terror deməkdir.
Bakıda maşın bazarında aksiya
Əraziyə dərhal Çevik Polis Alayının qüvvələri yeridildi
Bakının Babək prospektində yerləşən maşın bazarının sahibkarları etiraza başlayıb.
Sahibkarların verdiyi məlumata görə, etiraza qalxmalarına səbəb arenda haqqı və vergi pulunun bazar rəhbərliyi tərəfindən qaldırılmasıdır. Onların sözlərinə görə, hər ay mağazanın arendası üçün 1500 manat, əlavə olaraq isə 270 manat vergi pulu verirlər. Lakin bazar rəhbərliyinin işini aparan Həsrət adlı şəxs arenda pulunun, eyni zamanda vergi pulunun 50 manat qaldırıldığını deyir.
''Bizdən hər ay vergi üçün 270 manat alınır. İndi də həmin məbləği 320 manata qaldırırlar. Biz də buna etiraz edirik. Bizə verdiyimiz vergiyə görə heç bir sənəd verilmir. Ona görə də bazar rəhbərliyi qarşısında tələblərimiz var. Mağazaları bağlayıb toplaşmışıq. Bazara giriş-çıxışı bağlamışıq. Əraziyə çevik polis alayının əməkdaşları gəlib''-deyə sahibkarlar bildirdi. Bazar nəzarətçisi olan Həsrət adlı şəxs icarə və vergi pulunun qaldırıldığını təsdiqlədi. Bildirdi ki, mağaza sahibləri buna etiraz olaraq toplaşmışdılar. Hazırda onlar sakitləşib və bazar rəhbərliyinin gəlməsini gözləyirlər.
P.S. Belə bir durumla ilgili olaraq əraziyə Çevik Polis Alayının qüvvələrinin yeridilməsi və bunun hüquqi bazası yoxdur. Qanunla vətəndaşların etiraz etmək və hüquqlarını tələb etmək haqqı vardır. Onları polis və silahlı qüvvələrlə qorxu altında saxlamaq, açıq aşkar vətəndaşa qarşı dövlət terror deməkdir.
Criminal.az
09:27
Digər xəbərlər