Bakıda istiqlal şairi Mehmet Akif Ersoyun xatirəsi anılıb

 

Rəşid Behudov adına Dövlət Mahnı Teatrında Türkiyənin məşhur istiqlal şairi Mehmet Akif Ersoyun anım günü keçirilib.

 

 Yunus Əmrə İnstitutunun təşəbbüsü ilə keçirilən anım tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Mehmet Akif Ersoyu böyük istiqlal şairi və ictimai xadim kimi xarakterizə edib. Bildirib ki, Osmanlı dövlətinin tənəzzülü dövründə Vətənin işğalına dözməyən şairi xalqı milli azadlıq uğrunda mübarizəyə ruhlandıran şeirlər yazıb. Şair bu gün dillər əzbəri olan istiqlal marşını da o illərdə yazıb. Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım və digər çıxış edənlər Mehmet Akif Ersoyun Vətəni və xalqı qarşısında böyük işlər gördüyünü vurğulayıblar.
Türkiyə Cümhuriyyətinin qurulmasında, şüurlarda vətənpərvərlik ideyalarının oyanmasında bu böyük şəxsiyyətin danılmaz əməyi olduğunu diqqətə çatdırıblar. Onun yaradıcılığını əhatə edən 8 cildlik əsərlər toplusunun başdan-başa doğulduğu Vətənə sevgi və fədakarlıqdan yoğurulduğunu bildiriblər.

Tədbirdə Mehmet Akif Ersoyun seirləri, sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub.

Sonda sözləri böyük şairə məxsus olan və yaranmasından 96 il keçən Türk İstiqlal marşı səsləndirilib.

Xudaferin.eu

06:35