Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

 

Tədbir münaqişənin həlli yollarının tapılması məqsədilə tarixi məsələlərin, sülhməramlı təşəbbüslərin müzakirəsinə həsr olunacaq

Bakıda martın 14-də "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransı "Qafqaz tarixi mərkəzi" İctimai Təşkilatı təşkil edəcək. Tədbir münaqişənin həlli yollarının tapılması məqsədilə tarixi məsələlərin, beynəlxalq dialoqun genişləndirilməsinin, sülhməramlı təşəbbüslərin, eləcə də Ermənistan-Azərbaycan dialoqunun müzakirəsinə həsr olunacaq.

Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan və başqa ölkələrdən olan 40-dan çox elm adamı, ekspert və siyasətçi, erməni ictimai xadimləri və tədqiqatçıları iştirak edəcək.

Xudaferin.eu

10:27