Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

İyulun 2-dən 10-dək Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, “Baku Summer” festivalında şahmatçılar A (master), B (open), C (uşaq turniri (U-12), D (rapid) və E (blitz) turnirlərində mübarizə aparacaqlar.

Festivalın ümumi mükafat fondu 3 min manat təşkil edəcək.

 

xudaferin.eu

15:20