BAKIDA AVROPA GƏNC VƏKİLLƏRİNİN BEYNƏLXALQ KONFRANSI

AL. DATA AND DIGITAL RIGHTS: THE SAME TREND, DIFFERENT APPROACHES

BAKIDA AVROPA GƏNC VƏKİLLƏRİNİN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLİR

8–11 oktyabr 2026-cı il tarixlərində Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) Payız Konfransı keçiriləcək. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı və EYBA-nın əməkdaşlığı ilə baş tutan beynəlxalq tədbirdə Avropanın bütü ölkələrindən onlarca gənc vəkillər, hüquqşünaslar və hüquq sahəsinin nümayəndələri bir araya gələcəklər. 

Konfransın əsas mövzusu “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, fərqli yanaşmalar - hüququn rəqəmsal gələcəyinin formalaşdırılması” olacaq.

Tədbirdə süni intellektin fundamental hüquqlara təsiri, süni intellektin idarə olunması, şəxsi məlumatların qorunması, rəqəmsal hüquqlar, eləcə də süni intellektdən hüquq və məhkəmə fəaliyyətində istifadə məsələləri müzakirə ediləcək. Proqram çərçivəsində seminarlar, müzakirələr, peşəkar görüşlər və beynəlxalq təcrübə mübadiləsi də nəzərdə tutulub. 

Konfrans yalnız hüquqi müzakirələrlə məhdudlaşmayacaq. İştirakçılar üçün Azərbaycan mədəniyyətinin təqdimatı, Bakının tanıdılması, institusional görüşlər və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaq. 

Bakının belə mötəbər beynəlxalq hüquq platformalarından birinə ev sahibliyi etməsi Azərbaycanın hüquq ictimaiyyətinin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir.

P.S. Avropanın 28 ölkəsindən 70-dən artıq gənc vəkilin iştirak etdiyi bu beynəlxalq tədbirdə iki Azərbaycan əsilli gənc vəkil qızımızın təmsil olunması xüsusilə sevindiricidir. Onlardan biri Şuşa, digəri isə Təbriz kökənlidir.

Azərbaycanın iki tarixi şəhərinin - Şuşa və Təbrizin adını Avropanın hüquq platformasında yanaşı yaşadan bu iki gənc həmvətənimizə uğurlar diləyirik. Xudafərin.eu

Mənbə: Xudafərin jurnalı.
Xudafərin.eu

01:22