BAKI METROSUNUN ADLARI DƏYİŞMƏLİDİR:
Şəhərin yeraltı xəritəsi milli yaddaşımıza çevrilməlidir
Bakı metrosu dünyanın ən maraqlı və özünəməxsus metrolarından biridir. Onun stansiyalarının memarlığı, mozaikaları, bədii tərtibatı ayrıca bir mövzudur. Xüsusilə “Nizami Gəncəvi” stansiyasına daxil olanda insan özünü adi metro stansiyasında deyil, yeraltı sənət məbədində hiss edir.
Amma sual yaranır:
Bu qədər gözəl metroya niyə bu qədər bəsit, mücərrəd və bəzən dövrünü çoxdan başa vurmuş əndirabadi adlar vermişik? Məncə, bu məsələ artıq ciddi şəkildə müzakirə olunmalıdır.
Çünki metro stansiyasının adı sadəcə ünvan deyil.
Ad yaddaşdır. Ad tarixdir. Ad tərbiyədir. Ad gələcək nəsillərə verilən mesajdır.
Məsələn, “Ulduz” stansiyası.
“Ulduz”un hansı ulduz olduğunu bilən varmı?
Ulduz nədir?
Hansı ulduz?
Azərbaycan ulduzu?
Səkkizguşəli ulduz?
Sovetlərin beşguşəli ulduzu?
Davidin ulduzu?
Bəlkə başqa bir simvol?
Bakı kimi tarixi şəhərdə stansiya adlarının əsas məqsədi şəhərin yaddaşını yaşatmaqdırsa, belə mücərrəd adların nəyi xatırlatdığı cəmiyyətə aydın olmalıdır.
Bizim isə xatırlatmağa o qədər böyük şəxsiyyətlərimiz, hadisələrimiz və tarixi adlarımız var ki!
“İnşaatçılar”a və “Neftçilər”ə ad qoymaq asandır…“İnşaatçılar”, “Neftçilər”…
Bu peşələrin və bu peşə sahiblərinin Azərbaycanın inkişafında böyük xidmətləri olub. Buna heç kimin etirazı yoxdur.
Amma bir az da acı həqiqətdən danışaq.
İnşaatçının adını metro stansiyasına vermək asandır. Neftçinin adını metro stansiyasına vermək asandır.
Bəs həmin insanlara real həyatda necə münasibət göstərmişik?
Əgər fəhlə illərlə ağır əmək sərf edir, zəhmətinin qarşılığında qəpik-quruş alırsa, onun adını stansiyaya yazmaqla sosial ədalət bərpa olunur?
İnsana heykəl yox, əvvəlcə haqqını vermək lazımdır.
Ona görə də “İnşaatçılar” və “Neftçilər” adları qalacaqsa, bu adların arxasında dayanan insanların əməyinə də layiq münasibət göstərilməlidir.
“Xalqlar Dostluğu” — hansı xalqların, hansı dövrün dostluğu? 30 il torpaqlarımız işğalda qaldı, harda idi o “Xalqlar Dostluğu” ?
Bu ad sovet siyasi leksikonunun məhsuludur. O dövrün ideologiyasını və siyasi düşüncəsini əks etdirir. Ancaq ağır günümüzdə sovet dostluğun görmədik. Əksinə dovet vaxtı düşmən kimi bizə təbliğ edilən Türkiyə, İsrail, Pakistan dostumuz oldu.
Tarixi silmək tərəfdarı deyiləm. Amma tarixi bilmək başqa şeydir, keçmişin siyasi şüarlarını əbədi şəhər yaddaşına çevirmək başqa.
Bu gün Azərbaycan müstəqil dövlətdir.
Bizim öz dövlətçilik tariximiz, öz qəhrəmanlarımız, öz alimlərimiz, öz yazıçılarımız, bəstəkarlarımız və milli liderlərimiz var.
Bəs niyə Bakı metrosunun adlandırılmasında bunların hamısına daha geniş yer verməyək?
“Koroğlu” stansiyası.
Koroğlu böyükdür. Amma Koroğlu tarixi şəxsiyyət deyil. Bilirım “Koroğlu” adını dəyişək deyən kimi dərhal etiraz edənlər olacaq.
Etiraz etməsinlər.
Mən Koroğlunun böyüklüyünü müzakirə etmirəm.
Koroğlu Azərbaycan xalqının ən möhtəşəm dastan qəhrəmanlarından biridir. Onun adı xalq yaddaşında əbədidir.
Amma Koroğlu tarixi şəxsiyyət deyil, dastan qəhrəmanıdır.
Azərbaycan tarixində isə real tarixi şəxsiyyətlərimizin sayı kifayət qədərdir.
Babək.
Cavad xan.
Nadir şah.
Şah İsmayıl.
Şah Qacar.
Məhəmməd Əmin Rəsulzadə.
Cəlil Məmmədquluzadə.
Mirzə Fətəli Axundzadə.
Üzeyir Hacıbəyli.
Heydər Əliyev.
Və daha neçə-neçə böyük şəxsiyyət.
Mənim sualım sadədir:
Bakı metrosunun adlarında onların hər birinin yerini niyə düşünməyək?
Şah İsmayıl niyə “Xətai” təxəllüsü içində itib?
“Xətai” stansiyası var.
Amma Şah İsmayıl adı yoxdur.
Halbuki Xətai - Şah İsmayılın ədəbi təxəllüsüdür.
Şah İsmayıl isə öncə şair deyildi. O, Səfəvi dövlətinin banisi və hökmdarı idi. XVI əsrin əvvəllərində bölgənin siyasi xəritəsini dəyişdirən mühüm tarixi şəxsiyyət idi.
Əlbətdə onun poeziyasını yaşatmaq lazımdır.
Amma onun hökmdar və dövlət qurucusu olduğunu unutmaq olmaz. Ona görə də “Xətai” stansiyası yox, “Şah İsmayıl” stansiyadı olmalıdır.
Ən böyük boşluqlardan biri: Üzeyir bəy Hacıbəyli
Və gələk mənim üçün bu məsələnin ən ağrılı yerinə…
Bakı metrosunda Üzeyir Hacıbəylinin adını daşıyan stansiya yoxdur. Bunu izah etmək çətindir.
Üzeyir bəy kimdir?
Azərbaycan professional musiqisinin banisi.
Şərqdə opera sənətinin inkişafına böyük təsir göstərmiş bəstəkar.
Dramaturq.
Publisist.
Maarifçi.
Milli mədəni intibahın böyük siması.
Azərbaycanın modern mədəniyyətinin qurucularından biri.
Üzeyir bəyin gördüyü iş yalnız musiqi yazmaq deyildi.
O, Azərbaycan insanının düşüncə dünyasını dəyişdirən nəslin önündə gedən Lider olub.
Mən Üzeyir bəyi “mədəniyyətimizin Ali Baş Komandanı” adlandırardlm.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ordumuz savaşdı.
Əsgərimiz vuruşdu.
Şəhidlərimiz can verdi.
Qazilərimiz sağlamlığını itirdi.
Və Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi.
Bu mübarizənin müasir tariximizdə öz siyasi və hərbi liderləri var.
Amma bir millətin yalnız torpağı olmur.
Bir millətin mədəniyyəti də onun vətənidir.
Azərbaycan mədəniyyətinin qurulması da asan başa gəlməyib. Cəhalətlə mübarizədə neçə-neşə şəhid vermişik.
Savadsızlıqla mübarizə aparılıb.
Mühafizəkarlıqla mübarizə aparılıb.
Qadınların azadlığı və təhsili üçün mübarizə aparılıb.
Milli teatr, milli mətbuat, milli musiqi, opera və müasir məktəb uğrunda mübarizə aparılıb.
Bu mübarizənin ön sıralarında Üzeyir bəy kimi insanlar dayanıb.
Ona görə mən Üzeyir Hacıbəylini Azərbaycanın mədəni intibahının sərkərdələrindən biri, hətta obrazlı şəkildə mədəniyyətimizin Ali Baş Komandanı adlandırmağı tamamilə haqlı sayıram.
Üzeyir bəy Azərbaycan üçün sadəcə bəstəkar deyil
Biz bəzən böyük şəxsiyyətləri onların peşəsinin içinə həbs edirik.
Nizamiyə yalnız şair deyirik.
Füzuliyə yalnız şair deyirik.
Üzeyir bəyə yalnız bəstəkar deyirik.
Rəsulzadəyə yalnız siyasətçi deyirik.
Halbuki belə insanlar bütöv bir dövrün simvollarıdır.
Üzeyir bəy də Azərbaycan xalqının mədəni modernləşməsinin simvoludur.
Əgər bir xalq öz torpağını qoruyan qəhrəmanlarını ucaldırsa, onun mənəvi və mədəni sərhədlərini qoruyan şəxsiyyətlərini də eyni ehtiramla ucaldmalıdır.
“Üzeyir Hacıbəyli” adlı metro stansiyası niyə olmasın?
Mən konkret təklif edirəm:
Bakı metrostansiyalarından biri Üzeyir Hacıbəylinin adını daşımalıdır.
Bu, sadəcə bir stansiyanın adını dəyişmək məsələsi deyil.
Bu, Azərbaycan mədəniyyətinə münasibətimizin göstəricisi olacaq.
Və biz uşağa Azərbaycanın mədəniyyət tarixini danışmağa başlayacağıq.
Bax, adlandırmanın əsl mənası budur.
Bizim restoranlarımız niyə “Xəzər İncisi” ola bilmir?
Bu problem yalnız metro ilə məhdudlaşmır.
Bakıda restoranların, şadlıq saraylarının, yaşayış komplekslərinin, ticarət obyektlərinin adlarına baxın.
Azərbaycan dilində ad tapmaq sanki ayıb olub.
Xarici səslənən ad qoyanda obyekt daha “prestijli” görünür?
Nə üçün?
Məsələn, Bakının dənizkənarı bir yaşayış və əyləncə məkanına “Dəniz İncisi” və ya “Xəzər İncisi” adı verilsəydi, nə baş verəcəkdi? Dünya dağılacaqdı?
Əksinə.
Biz dünyaya öz dilimizdə də danışmağı öyrənməliyik.
Dünyaya açıq olmaq öz adından, ana dilindən utanmaq demək deyil!
Bakı öz adlarını özü seçməlidir
Mən xarici dillərə qarşı deyiləm.
Əksinə, dünya ilə inteqrasiya etməliyik.
Amma dünya ilə inteqrasiya öz kimliyimizi, ana dilimizi utanıb gizlətməklə deyil, onu əksimə dünyaya təqdim etməklə mümkündür.
Paris Parisdir.
Roma Romadır.
İstanbul İstanbuldur.
Bakı da Bakı olmalıdır.
Onun küçələrində, meydanlarında, metro stansiyalarında və ictimai məkanlarında Azərbaycan tarixinin və mədəniyyətinin nəfəsi duyulmalıdır.
Təklifim sadədir
Bakı metropoliteninin adlandırma siyasətinə yenidən baxmalıyıq.
Mütləq bütün adları dəyişmək lazım deyil.
Amma yeni stansiyalar üçün və dəyişdirilməsi əsaslandırılmış adlar üçün milli tarixi-mədəni meyarlar müəyyənləşdirilməlidir.
Tarixi şəxsiyyətlərə.
Elm adamlarına.
Bəstəkar və yazıçılara.
Milli dövlətçilik tariximizə.
Qəhrəmanlara.
Azərbaycanın qədim və tarixi yer adlarına.
Və əlbəttə, xalqın yaddaşında xüsusi yeri olan digər simvollara.
Sonunda…
Bakı metrosu sadəcə yeraltı dəmir yolu deyil. O, Azərbaycanın yeraltı tarix kitabıdır. Bu kitabın səhifələrində kimlərin adını yazdığımız bizim kim olduğumuzu göstərir.
Biz torpaqlarımızı qorumaq üçün şəhidlər verdik. Mədəniyyətimizi yaratmaq üçün də böyük insanlar böyük fədakarlıqlar etdilər.
Biri torpağımızın sərhədini qorudu.
Digəri millətimizin mənəvi sərhədini.
Biri düşmən ordusunun qarşısında dayandı.
Digəri cəhalətin qarşısında.
Biri Azərbaycan əsgərinin ruhunu yüksəltdi.
Digəri Azərbaycan insanının düşüncəsini dəyişdi.
Üzeyir Hacıbəyli də həmin böyük insanlardan biridir.
Ona görə mən hesab edirəm ki, Bakı metrosunun stansiyalarından birinin adı nə vaxtsa “Üzeyir Hacıbəyli” olmalıdır.
Bu, Üzeyir bəyə verilən bir ad olmayacaq.
Bu, bizim öz mədəniyyətimizə verdiyimiz qiymət olacaq.
Və bəlkə də gələcəkdə Bakı metrosunun lövhələrində Azərbaycanın böyük dövlətçilik tarixini və müasir tarixini yaşadan başqa adlar da görünəcək. Misal üçün: “Qalib Prezident” stansiyası…
Çünki tarix yalnız keçmiş deyil.
Tarix bizim bu gün kimə hörmət etdiyimizi və sabah övladlarımıza kimi nümunə göstərdiyimizi müəyyən edir.
Bakı metrosunun adlarını dəyişmək məsələsi əslində ad dəyişmək məsələsi deyil.
Məsələ budur: Biz özümüzü şəhərimizin yaddaşında necə görmək istəyirik? Bütün sahələrdə ilk öncə özümüz olmalıyıq. Bu mürəkkəb dünyamızda millətimizi assimilyasiyadan qorumaq hər birimizin şərəf borcu olmalıdlr…
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.
BAKI METROSUNUN ADLARI DƏYİŞMƏLİDİR

Bir uşaq metroya minəcək.
Stansiyanın lövhəsində “Üzeyir Hacıbəyli” yazısını görəcək.
Soruşacaq:
- Ata can, Üzeyir Hacıbəyli kimdir?
Və ata cavab verəcək:
- O, Azərbaycanın böyük bəstəkarı idi.
Sonra uşaq soruşacaq:
- Daha nə edib?

Xudaferin.eu
11:11
Digər xəbərlər