Bakı İncəsənət Mərkəzində balaca rəssamın fərdi sərgisi açılacaq

 

 

İyunun 15-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində balaca rəssam Selin Nəcəfbəylinin “İlham” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Bakı İncəsənət Mərkəzindən bildirilib ki, rəngkarlıq əsərlərindən ibarət sərgi iyunun 17-dək davam edəcək. Rəssamlıq duyğusu Selin Nəcəfbəylinin aləminə kitablarla bir ayaq açıb. Oxuduqlarını öz təxəyyülündə özünəməxsus şəkildə canlandırmağa can atıb. Elə həmin anlardan kağız və qələmlər ən yaxın sirdaşlarına çevrilib. Zəngin fantaziyası, duyduqlarını acıb insanlara söyləmək arzusu onun mənən püxtələşməsinə, formalaşmasına zəmin yaradıb. 10 yaşlı Selin bir çox beynəlxalq, yerli müsabiqələrdə, sərgilərdə uğurlar qazanıb, fəxri yerlər tutub.

Xudaferin.eu

09:19