Bakı ilə Kiyev arasında “Qardaşlaşmış şəhərlər” haqqında saziş üzərində son tamamlanma işləri gedir

Bakı və Kiyev arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında saziş üzərində son tamamlanma işləri gedir.
Bu barədə AZƏRTAC-a Kiyev şəhər Dövlət Administrasiyasından məlumat verilib.
Məlumata görə, bu Saziş iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq. 1997-ci ildən bu günədək Bakı ilə Kiyev arasında əməkdaşlığa dair saziş mövcuddur. İmzalanacaq yeni saziş iki şəhər arasında ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara cavab verəcək.
Sazişin yaxın zamanlarda imzalanacağı gözlənilir.

Emil Hüseynli

Xudaferin.eu

22:27