“Bakı-Berlin” qalereyasında yeni sərgi açılıb

 

 

“Bakı-Berlin” qalereyasının rəhbəri İbrahim Əhrarinin təşkilatçılığı ilə Almaniyanın Klaynzassen şəhərində “Nar və yanardağ” adlı sərgi açılıb.

Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti son illərdə Azərbaycanın mədəni irsi və onun müasir həyatında cərəyan edən hadisələrə həsr edilib. Sərgi alman mətbuatının da marağına səbəb olub və onun fəaliyyəti “Marktkorb” və “Fuldaer Zeitung” qəzetləri tərəfindən işıqlandırılıb. Dərc edilmiş məqalələrdə azərbaycanlı rəssamlar tərəfindən çəkilmiş rəsm əsərlərinin çoxunda, xüsusi ilə gənc rəssamların əsərlərində Qərb və Şərq rəssamlığına məxsus elementlərin sintez edilməsinin alman publikasında böyük marağa səbəb olduğu yazılır.

Sərgi çərçivəsində, həmçinin Azərbaycan musiqi nümunələrindən ibarət konsert proqramlarının keçirilməsinin, habelə Almaniya-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani tərəfindən Azərbaycanın mədəni irsinə dair məruzə edilməsinin nəzərdə tutulduğu xəbər verilir. Sərgi avqustun 27-dək davam edəcək.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

16:41