Bağdadda güclü partlayış: 15 nəfər ölüb

İraqın paytaxtı Bağdad şəhərində minalanmış avtomobilin partladılması nəticəsində ən azı 15 nəfər ölüb.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Terror aktı zamanı daha 50 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, partlayış əsasən şiələrin məskunlaşdığı Mədiant-əs-Sədr rayonunda baş verib.

Xudaferin.eu

22:18