Babək Zəncani haqqında kritik qərar

 

Jurnalistlərin “Babək Zəncani nə zaman edam ediləcək” sualına cavab verən İran mollakratiya rejiminin baş prokuroru Məhəmməd Cəfər Müntəziri bildirib ki, Zəncani haqqında verilən hökm qətidir. Sadəcə olaraq mənimsədiyi və böyük hissəsi xaricdə olan pulları geri gətirilmədiyi müdətcə edam edilməyəcək.
Qeyd edək ki, iş adamı Babək Zəncani 2013-cü ildə həbs edilib və dövlətə 2,8 milyard dollar ziyan vurması səbəbi ilə edam cəzasına məhkum edilmişdi. Məhkəmə onun ölkədəki varidatına əl qoyub satışa çıxarsa da borcunu ödəmək üçün yetərli olmamışdı. Bununla yanaşı, Babək Zəncani əslində mollakratiya rejiminin oliqarxa çevrilmiş molla liderlərin vəsaitlərini və eyni zamanda çirkli pullarını xarici ölkələrdə leqallaşdırmaq üşün müvafiq addımlar atırdı. Bu fakt sadəcə Babək Zəncani ilə bağlı olmayıb, digər şəxslərin də belə fəaliyyətlərlə məşğul olması Tehranda kimsəyə sir deyil. Faktiki olaraq, İrandakı  mollakratiya rejiminin başında duran, oliqarxlara çevrilmiş ayətullahlarında çirkli pullarını leqallaşdırmaqda Babək Zəncani bir sıra “qüsurlar” yol verdiyi üçün həm tutuqlanıb, həm də onu edam cəzası ilə təhdid edirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”  

 

08:28