Baba Rzayev körpələri öldürür, baş həkim isə milyonları talayır

 

Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib. Bu barədə “Azərişıq” ASC-dən bildirilib. Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: “Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir”.
Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var. Politika.Az xəbər verir ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına şikayətdə girişindən çıxışına qədər rüşvətlə yoğrulub. Baş həkim və müavini Əli Hüseynov bazar açıb pul qazanır. Amma gəl ki işıq pulu ödənilmir. Baş həkim yeni doğulmuş körpələrin olduğunu deyir. Deməli, doğuş üçün pul alıblar. Bəs niyə ödəniş etmirlər? Axı bu xəstəxananın baş həkimi də həkimlikdən öncə bir xanımdır. Rayon mərkəzi xəstəxanasına səhiyyə nazirliyi tərəfindən verilən, 170 adda olan dərmanların vətəndaşlara pulsuz verilməsi ilə bağlıdır. Bunlardan ən əsası isə şəkər diabedli xəstələrə verilən insullinlərdir ki, bunu da pulsuz əldə etmək müşkül məsələyə çevrilib. Dövlət qayğısını görə bilməyən xəstələr dərman əldə etmək üçün evlərinin əşyalarını belə satmaqdan çəkinmirlər. Ağsu Mərkəzi Xəstəxanası cəngəllik qanunları ilə idarə olunur. Burada rüşvət, şirinlik vermədən müayinə və müalicə olunmaq, hər hansı sənəd almaq mümkün deyil. Xəstəxanada müasir rüşvət sisteminin ən unikal qaydalarından istifadə olunur. Rayonda Təcili Tibbi Yardım Stansiyası fəaliyyət göstərsə də, tibbi heyət xəstələrin ayağına deyil, xəstələr onların ayağına təşrif buyurur. Hətta vəziyyət o qədər dramatikdir ki, vəfat edən şəxsləri belə qeydiyyata almırlar. Məcburiyyət üzündən təcili tibbi yardım stansiyasına üz tutanlara, qiymət oxunur. İynə vurulması, təzyiq ölçülməsi xidmətlərinə görə 5, sistem köçürülməsinə görə isə 10 manat şirinlik istənilir. Özü də bu qiymətlər öncədən xəstələrin diqqətinə çatdırılır ki, sonradan yayınma halları olmasın. Rayon sakinlərinin dəfələrlə Ağsu Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə şikayət edilib.
Politika.Az xəbər verir ki, işıq pulu verməyən baş həkimin yeyintiləri ilə bərabər “Azərişıq” ASC sədri Baba Rzayevin də qanunsuzluğunu qeyd etmək lazımdır. ASC sədri körpələri, xəstələri nəzərə almadan qışın sazağında işıq kəsir. Buna nə ad vermək olar? Tamamilə mənəvi bir məsələdir. Dəfələrlə mətbuatda B.Rzayevin korrupsiya əməlləri, büdcə pullarını talan etməsi barədə faktlar təqdim olunub. Eyni zamanda onun əhalinin problemlərinə laqeyd yanaşmasında giley-güzar edilib. Mətbuatı izləyənlər də təsdiqləyər ki, mühüm quruma rəhbərlik edən bu şəxs nə vətəndaşlarla görüş keçirir, nə onları dinləyir, nə problemləri ilə yaxından maraqlanır. B.Rzayev təkcə 16-18 oktyabr tarixlərindəki yağış fəlakətində ölkənin işıqsız qalması ilə bağlı bir açıqlama verilməliydi. Azərişıq sədri xalqa hesab verməliydi ki payız yağışı niyə ölkəni zülmətə qərq elədi?!  Respublikanın bir çox zonalarında işıq təsərrüfatı iflic olmuşdu. Eləcə də qaçqın və məcburi köçkünlərin yaşadığı regionlarda - Bərdə, Tərtər, Biləsuvar, Bəhramtəpə, Ağcabədi, Beyləqan və digər zonalarda ölkə işıqsız qalmışdı. Lakin B.Rzayev bu yağış fəlakətində meydana çıxıb bir söz belə demədi. Avropa ölkələrində belə vəziyyət olsaydı həmin qurum rəhbəri istefa verərdi.

Politika.Az

11:39