BƏƏ: Suriya, Yəmən və Bəhreyndə böhranlar yaradan Tehran rejimidir

 

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirliklərinin) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş son açıqlamasında bildirib kmi, İran mollakratiya rejimi cəfərilik və ya şiəlik adı altında “İslam İnqilabı”nın ixrac edilməsi siyasətinin əsas hədəf kimi irəli sürərək ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi etməkdə davam edir. Beləliklə də “Ərəb Körfəz Əməkdaşlıq Şurası” kimi bölgə təşkilatına üzv ölkələr bütün bunlardan olduqca rahatsızdırlar. 2003-cü ildən üzü bu yana, Misir, Əlcəzair, Tunis, Liviya, Sudan, Yəmən, Livan, Suriya, Bəhreyn, Oman, Küveyt kimi ölkələrdə yaşanılan iç savaşların əsas təməlində İran mollakratiya rejiminin təriqət və məzhəb ixracatı siyasəti durur. Adı çəkilən ölkələrdə daxili vətəndaş savaşları alovlandıqca və dərinləşdikcə, bölgə dövlətləri arasında dünya bazarına görə neft və təbii qazın satışından ən çox qazanan tərəf də məhz İrandakı rejimdir.  

Martın 7-də Misirin başkəndi Qahirədə keçirilən “Ərəb Liqası Şurası”nda çıxış edən Ənvər Qarqaş bildirib ki: “İran rejiminin 4-5 ərəb ölkəsinin paytaxtlarında gücü ələ alması ilə bağlı iddiaları bizim üçün qəbuledilməzdir. İran inqilabı bu ölkənin daxili bir məsələsidir. Onu bölgədəki ərəb ölkələrinə ixrac etmək mümkün deyil. Hesab edirəm ki, İranın ərəb ölkələrinin daxili işlərinə qarışması və onların təhlükəsizliyini pozması məsələsi “Ərəb Liqasının Şurası”nda gündəmə gətirilməlidir. Bu gün Suriya, Yəmən və Bəhreyndə yaşanan böhranlar, iç savaşlar və rəsmi Tehranın həmin böhranların ortaya çıxmasındakı roludur.”

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

08:55